Trampın sərvətini 2,2 milyard dollara qədər çox göstərdiyi iddia edilir


Nyu York Baş Prokurorluğu ABŞ-ın keçmiş prezidenti Donald Trampın bir illik şəxsi sərvətini 2,2 milyard dollara qədər çox qiymətləndirdiyini iddia edib.


"NBC News" xəbər verir ki, prokurorlar Trampın 2011-2021-ci illər arasında Trampa, onun uşaqlarına və "Trump Organization"a qarşı açılan 250 milyon dollarlıq iddiada şəxsi sərvətini həddindən artıq qiymətləndirdiyini iddia ediblər.

Prokurorlar Nyu York Ali Məhkəməsinə təqdim etdikləri sənədlərdə Trampın sərvətini hər il olması lazım olandan 812 milyon dollardan 2,2 milyard dollara qədər çox açıqladığını bildiriblər.

Prokurorlar bunu Trampın Şotlandiyadakı qolf meydançasını həddən artıq qiymətləndirməsi ilə izah ediblər.

Trampın vəkili ittihamlara cavab verməyib, prokurorların fəaliyyətini “cadugər ovu” kimi qiymətləndirib.

Nyu-Yorkun baş prokuroru Letitia James Trampa, onun övladlarına və "Trump Organization"a qarşı 250 milyon dollarlıq iddia qaldırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu