Yunanıstan sahillərində 5 bal gücündə zəlzələ baş verib




Aralıq dənizinin Yunanıstan sahillərinə yaxın ərazidə 5,0 bal gücündə zəlzələ olub.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Geoloji Xidməti yayıb.

Bildirilib ki, yeraltı təkanlar ölkənin cənubunda, Yunanıstanın Nea-Anadolu yaşayış məntəqəsi adlandırdığı ərazidən 80 km aralı baş verib. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı və itkilər barədə məlumat yayılmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu