Yenilənmiş büdcədə sosial xərclər 3,7 milyard manatdan çox olacaq


Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728,598 milyon manat müəyyən edilib.


Bu barədə "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, təsdiqlənmiş büdcə proqnozu ilə müqayisədə 86 milyon manat və ya 2,4% çoxdur.

Layihəyə görə, bunun 278,278 milyon manatı (əvvəlki proqnozla müqayisədə 31,8 milyon manat və ya 10,2% az) sosial müdafiə, 5,585 milyon manatı (3 min manat və ya 0,05% çox) sosial təminat, 50 min manatı (dəyişməyib) sosial müdafiə və sosial təminat sahələri üzrə tətbiqi tədqiqatlar, 3 milyard 444,685 milyon manatı (117,8 milyon manat və ya 3,5 % çox) sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər, 1 milyard 231,967 milyon manatı (86 milyon və ya 7,5% çox) isə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait üzrə nəzərdə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu