"Samsung" Cənubi Koreyada çip istehsalına 230 milyard dollar sərmayə qoyacaq


"Samsung" çip sənayesini inkişaf etdirmək üçün dövlət proqramının bir hissəsi olaraq Cənubi Koreyada çip istehsalına 300 trilyon von (230 milyard dollar) sərmayə qoyur.


AFN.az bu barədə Reutersə istinadən xəbər verir. Dünyanın ən böyük istehsal mərkəzlərindən birinin tikintisi layihəsi "Samsung"un elan etdiyi 550 trilyon von (421,7 milyard dollar) investisiya planının bir hissəsidir. Söhbət yarımkeçiricilər istehsalı üzrə beş fabrikdən, eləcə də 150-yə qədər material, hissə və avadanlıq istehsalçısının cəlb edilməsindən gedir.

Cənubi Koreya prezidenti Yoon Seok-yeol layihə ilə bağlı açıqlamasında "Biz bu sahədə özəl investisiyaları dəstəkləməliyik" - deyə boldirib. O, əlavə edib ki, hökumət biznes, texnologiya, ixtisaslı işçi qüvvəsi və vergi güzəştləri üçün yerlər təqdim etməlidir.

Bildirilir ki, Seulun strategiyası vergi güzəştlərini genişləndirmək və yüksək texnologiyalı sektorların, o cümlədən çiplərin, displeylərin və batareyaların istehsalının rəqabət qabiliyyətini dəstəkləmək məqsədi daşıyır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu