Çində Ümumdünya Robot Konfransı keçirilib


Çinin paytaxtı Pekində yeni nəsil robotlar nümayiş etdirilir.


Konfransda 600-ə yaxın robot təqdim olunur. Diqqət çəkənlərdən biri də rəssam robotdur.

Rəssam robot Saydaqian əvvəlcə şəkil çəkir, sonra isə təxminən beş dəqiqə ərzində portreti yaradır.

Konfransda robot itlər də öz bacarıqlarını nümayiş etdiriblər.

Ev heyvanları əvəzinə təhlükəli missiyalarda istifadə oluna bilən robot itlərdən istifadə etməyi düşünənlər də var.

140-dan çox şirkətin qatıldığı Dünya Robot Konfransı avqustun 22-dək texnologiya və robot həvəskarlarını qəbul edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu