Mask: Starlink dronlara hədəf vermək üçün deyil, TV şoularına baxmaq üçün yaradılıb


Amerikalı sahibkar Elon Mask “Starlink”lə bağlı maraqlı açıqlama verib. O, "Starlink" peyk interneti pilotsuz təyyarələrə rəhbərlik etmək üçün deyil, seriallara baxmaq üçün yaradılıb" - deyə bildirib.


Bu fikirlərin də yer aldığı və Uolter İsaaksonun müəllifi olduğu iş adamının tərcümeyi-halı sentyabrın 12-də işıq üzü görəcək. Bundan əvvəl İsaakson Apple qurucusu Stiv Cobs və Albert Eynşteynin tərcümeyi-halını yazmışdı.

“Mən bu müharibədə necə oldum? "Starlink" müharibə üçün nəzərdə tutulmayıb. O, insanların Netflix-ə baxması, dincəlməsi, uzaqdan təhsil alması və yaxşı dinc işlərlə məşğul olması üçün yaradılıb, nəinki pilotsuz təyyarələrin zərbələrinə hədəf vermək üçün”, – kanal Maskın sözlərindən sitat gətirir.

Fevral ayında Mask "Starlink" peyklərinin III Dünya Müharibəsinə gətirib çıxara biləcək münaqişəni qızışdırmaq üçün istifadəsinə icazə verməyəcəyini bildirmişdi.

"Starlink" planetin istənilən yerində genişzolaqlı internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş yeni nəsil peyk şəbəkəsidir. Hazırda orbitdə təxminən 4,2 min "Starlink" peyki var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu