ABŞ və Böyük Britaniya Rusiyada yerləşən kibercinayətkarlara qarşı sanksiyalar tətbiq edir


Birləşmiş Ştatlar Böyük Britaniya ilə koordinasiyada Rusiyada yerləşən “Trikbot” kibercinayətkarlar dəstəsinin 11 üzvünə sanksiya tətbiq etdiklərini açıqlayıb.


ABŞ Maliyyə Nazirliyindən verilən açıqlamada Rusiyanın uzun müddətdir kibercinayətkarlar, o cümlədən Trickbot üçün etibarlı sığınacaq olduğu bildirilib.

Bəyanatda bu günkü sanksiyaların nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən həyata keçirildiyi, ABŞ Ədliyyə Nazirliyinin sanksiyaya məruz qalan 7 nəfər də daxil olmaqla 9 nəfərə qarşı eyni vaxtda ittiham aktını açıqlayacağı bildirilib. Həmçinin sanksiyaya məruz qalan 11 nəfərin Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəsi olan Trickbot qrupunun idarə edilməsində və təchizatında əsas aktorlar olduğu vurğulanıb və qrupun ABŞ-dakı bir çox kritik infrastrukturu və səhiyyə xidmətini hədəfə aldığı qeyd edilib.

Bəyanatda sözügedən sanksiyaların Rusiya kibercinayətləri və fidyə proqramlarının qarşısını almaq üçün ABŞ və Böyük Britaniyanın davam edən birgə səylərinin bir hissəsi olduğu ifadə edilərək, iki ölkənin fevral ayında bir neçə "Trickbot" qrupuna qarşı birgə sanksiyalar tətbiq edildiyi xatırladılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu