Çinin "Tiencou-5" yük gəmisi atmosferə qayıdıb


Yer orbitində Çinin Tiengong Kosmik Stansiyasına tədarük edilən "Tiencou-5" yük gəmisi nəzarətli şəkildə atmosferə qayıdıb.


Çin İnsanlı Kosmos Ekspedisiyaları Agentliyinin (CMSA) verdiyi açıqlamaya görə, kosmik gəminin əksər hissələri atmosferə girərkən yanıb. Qalan az miqdarda dağıntı Sakit okeanda əvvəlcədən müəyyən edilmiş təhlükəsiz sulara düşüb.

Yük şatlı dünən kosmosdakı stansiyasını tərk edərək müstəqil uçuş rejiminə keçib.

Adı Çincə "səma gəmisi" mənasını verən gəmi 2022-ci il noyabrın 12-də "Long March 7" raketi ilə Haynan adasındakı Vinçang Kosmik Gəmi Başlatma Mərkəzindən kosmosa göndərilib.

Mekik kosmik stansiyaya 5 ton yanacaq, texnika və təchizat aparıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu