Elon Musk: Beyin çipinin sınaqları ölümcül xəstə primatlar üzərində aparılır


Elon Musk beyin implantı startapı "Neuralink"in tədqiqat sınaqları zamanı meymunları öldürməsi ilə bağlı xəbərləri təkzib edib. O, sınaqların yalnız ölümcül xəstə primatlar üzərində aparıldığını iddia edib.


"Neuralink" keçən il beyin-kompüter interfeysi texnologiyasının sınaqları zamanı 8 heyvanı evtanaziya etdiyini etiraf etsə də, Məsuliyyətli Həkimlər Komitəsinin (PCRM) meymunlara "həddən artıq ağrı" verməsi ilə bağlı ittihamlarını rədd edib.

Heyvanların hüquqlarını müdafiə edən qrup "Neuralink"i Kaliforniya Universiteti Davis Primat Mərkəzindəki şirkətin laboratoriyasında heyvanların rifahı haqqında qanunun 9 dəfə pozulduğunu iddia edərək qeyri-adekvat heyvan baxımında ittiham edib.

"Neuralink"in baş direktoru Elon Musk, X-dəki izləyicilərindən biri tərəfindən məsələ qaldırıldıqdan sonra startapın heyvanlar üzərində sınaq təcrübələri haqqında daha ətraflı məlumat verib. "Neuralink" implantı nəticəsində heç bir meymun ölməyib" - deyə Mask X-də yazıb. O, bildirib ki, ilk implantlar məqsədilə sağlam meymunlara riski minimuma endirmək üçün ölümcül xəstə meymunlar seçilib.

Keçən il nəşr olunan bloq yazısında "Neuralink" heyvan testləri ilə bağlı rekordunu müdafiə edib və "heyvanlarla mümkün olan ən humanist və etik şəkildə işləməyə tam sadiq olduqlarını" iddia edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu