Yüksək enerjili lazer silahları Şotlandiyada sınaqdan keçiriləcək


Böyük enerjili lazer silahları Şotlandiyada sınaqdan keçiriləcək. Bundan sonra sistem Böyük Britaniyanın Müdafiə Nazirliyinə təhvil veriləcək.


AFN.az-ın məlumatına görə, bu barədə "UK Defence Journal" xəbər verib.

Sınaq "Raytheon UK" tərəfindən aparılacaq. Sınaqda olan silahın lazer gücü 15 kilovata çatır. Qurğu "Wolfhound" zirehli maşınına quraşdırılıb və pilotsuz təyyarələrdən daha mürəkkəb raket sistemlərinə qədər hava hədəflərini aradan qaldırmaq üçün istifadə oluna bilər.

Qeyd olunur ki, lazer sistemi xüsusi olaraq hava təhdidlərinə, ilk növbədə pilotsuz təyyarələrə qarşı hazırlanıb. Hərtərəfli sınaqdan və optimallaşdırmadan sonra silah Böyük Britaniya Müdafiə Nazirliyinə veriləcək.

Əvvəllər ABŞ-da keçirilən canlı atəş təlimləri zamanı lazer silahlarından istifadə edilirdi. Sistem müxtəlif şəraitlərdə çoxsaylı pilotsuz hədəfləri effektiv şəkildə əldə edib və zərərsizləşdirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu