İrlandiya audit orqanından TikTok-a 345 milyon avro cərimə


İrlandiyanın məlumat tənzimləyicisi Çinin video paylaşma platforması Tiktok-u 345 milyon avro cərimələyib.


İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının (DPC) verdiyi açıqlamada video paylaşma platformasının uşaqların şəxsi məlumatlarının istifadəsi ilə bağlı Avropa Birliyinin (AB) qanunlarını pozduğu və bu səbəbdən 345 milyon avro cərimə kəsilməsinə qərar verildiyi bildirilib. .

Açıqlamaya görə, Tiktok tərəfindən sözügedən şəxsi məlumatların qorunması ilə bağlı pozuntular 31 iyul - 31 dekabr 2020-ci il tarixləri arasında baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu