NASA-nın Ayda tərk edilmiş kosmik gəmisi "ay zəlzələlərinə" səbəb ola bilər


NASA-nın Ay səthində qalan "Apollon 17" kosmik gəmisi "ay zəlzələləri" kimi tanınan kiçik təkanlara səbəb ola bilər.


Alimlər onilliklər ərzində ilk dəfə olaraq Ayda tərk edilmiş "Apollon 17"-nin məlumatlarını yenidən araşdırıblar.

ABŞ Aeronavtika və Kosmik Agentliyin (NASA) Goddard Kosmik Uçuş Mərkəzindən Françesko Civilinin rəhbərlik etdiyi tədqiqatda süni intellektdən istifadə edilib.

Müasir alqoritmlərlə araşdırılan məlumatların təhlilində ilk dəfə olaraq Ayda əvvəllər məlum olmayan seysmik fəaliyyətlər aşkar edilib.

Araşdırmada, Ay səthinin soyuq və isti havaya görə genişləndiyi və büzüldüyü, ay zəlzələlərini qeyd edən cihazlardan bir neçə yüz metr uzaqlıqda olan "Apollon 17"-nin eniş modulundan yayılan yüngül təkanların təsbit edildiyi bildirilib.

Belə qənaətə gəlinib ki, "qəfil termal ay zəlzələsi" adlanan xüsusi bir növ ay zəlzələsi təbii mənbələrdən deyil, yaxınlıqdakı kosmik gəmilərin qızması və soyuması nəticəsində baş verib.

Araşdırmada bu təkanların qəfil termal ay zəlzələlərindən fərqli olduğu vurğulanıb.

Mütəxəssislər hesab edirlər ki, NASA və tərəfdaşları Ayın səthində daimi bazalar qurduqları üçün ay zəlzələlərini başa düşmək gələcək kəşfiyyatlar üçün vacib olacaq.

Araşdırma "Journal of Geophysical Research: Planets" jurnalında dərc olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu