Ərdoğan İlon Maskdan Türkiyədə "Tesla" zavodu tikməyi xahiş edib


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda amerikalı sahibkar İlon Maskla görüşüb.


Bu barədə Türkiyə Prezidenti yanında İctimaiyyətlə Əlaqələr İdarəsinin X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Görüş zamanı siyasətçi milyarderi Türkiyədə yeddinci "Tesla" elektromobil istehsal edən zavod açmağa çağırıb. Dövlət başçısı Türkiyənin kosmik proqramı çərçivəsində ölkəsinin "SpaceX" ilə əməkdaşlığının potensial inkişafı haqda da danışıb.

Ərdoğan amerikalı iş adamını sentyabrın sonunda Türkiyənin İzmir şəhərində keçiriləcək texnologiya sərgisində iştirak etməyə dəvət edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu