Hafiz Məmmədov azadlığa buraxıldı


Tanınmış iş adamı, "Bakı” futbol klubunun sabiq prezidenti Hafiz Məmmədov azadlığa çıxıb.


Yasamal rayon Məhkəməsinin qərarı ilə barəsində 2 ay 15 gün müddətinə (aprelin 12-dək) həbs qətimkan tədbiri seçilən "Hafka" ləqəbli iş adamı ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində iş adamı Məmmədov Hafiz Məcid oğlunun bilavasitə faktiki rəhbərliyi həyata keçirdiyi müəssisələr üzrə yaranmış külli miqdarda vergi və məcburi dövlət sosial sığorta haqlarının ödəməkdən yayındırılması faktları üzrə cinayət işi başlanıb.

Başlanmış cinayət işi çərçivəsində Hafiz Məmmədov istintaqa gəlməkdən boyun qaçırdığından, onun barəsində ittiham elan edilməsi üçün şəxsin tutulması ilə bağlı axtarış haqqında qərar qəbul edilib. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu