İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.


Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilmiş görüşə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi və Ermənistan tərəfinin bu prinsipləri qəbul etdiyini xatırladıb.

Telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi, həmçinin nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın iştirak etdiyi işçi qrupunun fəaliyyəti və bu çərçivədə növbəti təmaslar barədə söhbət aparılıb.

Tərəflər ikitərəfli münasibətlərin cari gündəliyi üzrə sıx əməkdaşlığın davam etdirilməsi üçün qarşılıqlı niyyəti bir daha ifadə ediblər.

***

Aprelin 9-da Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.


AFN.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları Qarabağ məsələsi ilə bağlı üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini və Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə işlərin başlanması məsələlərini müzakirə ediblər.

Həmçinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması və iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin ardıcıl həyata keçirilməsinin əhəmiyyəti bir daha təsdiqlənib.

Prezident İlham Əliyev və Vladimir Putin Azərbaycanla Ermənistan arasında sülh mqaviləsinin hazırlanması barədə də fikir mübadiləsi aparıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu