“Bəzi məmurlar büdcə pullarını xımır-xımır yeyir” - deputatdan tələb


“Biz o vaxt xahiş etdik ki, büdcədən oğurluq edən məmurlar barədə məlumat verilsin. Bəzi məmurlar bu gün də büdcə pullarını xımır-xımır yeyir”.


AFN.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, insanların 90 faizi icbari tibbi sığortadan narazıdır: “Deputatlar var ki, bununla bağlı da müraciət ediblər. Ancaq onlara da bu narazılıqla bağlı cavab verilməyib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu