Türkiyə superkuboku Bakıda keçirilə bilər


Futbol üzrə Türkiyə superkuboku Bakıda keçirilə bilər.


AFN.az xəbər verir ki, Türkiyə futbol cameəsində belə bir təklif gündəmdədir. Belə ki, "Aspor" idman kanalında yayımlanan "Son sayfa" verilişində idman şərhçisi Serhan Türk superkubok oyununun Bakıda keçirilməsini təklif edib.
Qeyd edək ki, superkubok ölkə çempionu "Qalatasaray"la "Fənərbaxça" və "Başakşehir" komandalarından birinin arasında keçiriləcək. Sonuncu iki komanda arasında ölkə kuboku uğrunda oyun iyununda baş tutacaq. Maçın qalibi ölkə kubokunun sahibi olacaq və Tükirə çempionu ilə superkubok oyununa çıxacaq.

SƏBUHİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu