Naxçıvanla bağlı ŞOK FAKT: Heç bir tendersiz yüzlərlə obyekt necə tikilib? - FOTOLAR


Naxçıvanın əvvəlki rəhbərliyinin yol verdiyi nöqsanların Muxtar Respublikaya vurduğu zərərin sayı-hesabı bilinmir. Artıq o dövrdə baş verənlərin üstü bir-bir açılmaqdadır. Ən dəhşətlisi isə odur ki, Muxtar Respublikada indiyədək tikintilərin heç biri tender əsasında aparılmayıb. Burada əsasən rəhbərliyə və müxtəlif ranqlı məmurlara yaxın şirkətlər "iş görüblər". Nəticə isə acınacaqlıdır: milyonlarla dövlət vəsaiti hesabına ərsəyə gələn obyektlər təhvil götürüləsi, fəaliyyət göstərəsi vəziyyətdə deyil. Görünən odur ki, yaranmış problemləri həll etmək üçün hələ uzun illər və böyük əmək lazım olacaq.


Şagirdlər dərsdə olarkən məktəb silkələnib və...















AFN.az-ın Muxtar Respublikaya ezam olunan əməkdaşı xəbər verir ki, əsas problemlər strateji əhəmiyyətli tikintilərlə bağlıdır. Əməkdaşımız həmin obyektlərdə olub, vəziyyətlə yerində maraqlanıb. Bu tikintilərdən biri Naxçıvan şəhərində yerləşən 14 saylı məktəbdir. Hansı ki, məktəbin binası 2007-ci ildə tikilib təhvil verilib. Məktəbdə problemlərin olması dərs zamanı baş verən silkələnmədən sonra üzə çıxıb. Bunu isə şagirdlər hiss ediblər. Valideynlərin tələbi üzrə binada yoxlama aparıldıqdan sonra məlum olub ki, tikinti zamanı normalar ciddi surətdə pozulub.

Məktəb binasını əvvəllər “Uçar İnşaat” adlanan şirkət inşa edib. Bu şirkət sonradan “GəmiQaya” Holdinq olub. Daha sonra 2022-ci ildə Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlanlarına məxsus olan bu holdinq parçalanıb və hər birinin ayrı holdinqi yaranıb. Vasif Talıbovun oğluna məxsus “Reqes” inşaat, Emin Uçar isə “Arkoz İnşaat” adı ilə fəaliyyətə başlayıb. Yəni hazırda məktəbi tikən şirkət rebrendiq edib. Rəhbəri Emin Uçardır. Problem aşkarlandıqdan sonra şirkət gətirib məktəbə 10 ədəd sütun, 6 ədəd də dəmir konstruksiyalı kəmər qoyub, bunun əvəzində isə 180 min manat ödəniş tələb edir. Halbuki 14 saylı orta məktəb elə Emin Uçar tərəfindən tikilib. Sözügedən binada aşkarlanmış problemi də müqavilə öhdəliyinə əsasən şəxsi vəsaiti ilə həll etməli idi. Amma şirkət rəhbəri problemi həll etmək əvəzinə, fəhlələrin zəhmət haqqını ödəməkdən imtina edib və dövlətə qarşı təxribata yönəldib. 14 saylı məktəbin tikintisinə keçmiş arxitektura komitəsinin sədri və baş nazirin birinci müavini Asəf Məmmədov “nəzarət” edib. 80 faiz dotasiya ilə maliyyələşən Muxtar Respublikada Emin Uçar və Asəf Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək birlikdə külli miqdarda dövlət vəsaitini talayıblar. Buradan bir sual da ortaya çıxır: bu günə kimi keçmiş məmur Asəf Məmmədov niyə məəssuliyyətə cəlb olunmayıb? Onu qoruyan sehirli qüvvə kimdir?

Hərbi Hospital restevrasiya əvəzinə böyüdülüb, tavanından su damır



























Tikintisində ciddi problemi olan binalardan biri də keçmiş Hərbi Hospotalın binasıdır. 105 yaşlı bina restavrasiya edilməli olsa da, binanın mövcud vəziyyətindən heç nə saxlanmayıb. İkimərtəbəli olan binaya üçüncü mərtəbə artırılıb. Yeni rəhbərliyin vaxtında binanın yenidən təmir edilməli olduğu bildirilsə də, razılıq olmayıb. Yeni rəhbərlik Fövqəladə Hallar Nazirliyinə müraciət edərək binanın vəziyyəti haqda rəy istəyib. Mütəxəssislər baxış keçirdikdən sonra tikilinin məhdud işlək və yararsız olduğunu bildirib. Rəydə binanın sökülməli olması da əksini tapıb. Binada üçüncü mərtəbəni 2 il əvvəl Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə Komitənin tərkibində “Naxçıvan Tikinti” tikib. Hazırda binanın sifarişini verən və tikənə qarşı Muxtar Respublika prokurorluğunda cinayət işi açılıb. İşlə bağlı istintaq davam edir. Qədim binada problem tək üçüncü mərtəbənin əlavə edilməsi deyil. Burada tikinti keyfiyyəti normaları da ciddi surətdə pozulub. Bununla bağlı MR FHN-in rəyində ətraflı qeydlər var.

Naxçıvan Hərbi Hospitalında aşkarlanıb daha bir problem isə mərtəbələrarası beton qatının normalara uyğun olmamasıdır. Hospitalın tavanı hazırda yararsız vəziyyətdədir. Hospitalın morqu da istifadəyə yararsızdır. Belə ki, morqda havalandırma sistemi yoxdur. Bina buna görə də sifarişçi tərəfindən təhvil alınmayıb. Emin Uçar binanı bərpa edərək, təhvil vermkdən boyun qaçırır. Binanın tikinti xərcləri tam olaraq ödənilib. Qeyd edək ki, hospital 2020-ci ildə ölkə başçısı İlham Əıiyev tərəfindən açılaraq itifadəyə verilib.

Naxçıvan Duz İstehsalı Zavodunda durum daha vahimdir















Daha bir problemli obyekt Naxçıvan Duz İstehsalı Zavodudur. İl yarımdır fəaliyyətsiz qalan zavodda problem həm tikinti, həm də təchiz edilən avadanlıqların keyfiyyətsiz olmasıdır. Zavodun ümumi inşasına və avadanlıqların alınmasına 6.7 milyon manat vəsait sərf edilib. Layihənin sifarişçisi Naxçıvan Dövlət Şəhərsalma Arxitektura İdarəsi, icraçısı isə “Arkoz İnşaat”dır. Zavodun fəaliyyəti natamam olduğu üçün zavod təhvil götürülməyib. Əsas problemlərdən biri avadanlıqların uyğunluq sertifikatlarının olmaması, istehsal ölkələrinin məlum olmaması, birinci əl yeni avadanlıq adına köhnə avadanlıqların rənglənib zavoda yerləşdirilməsidir. Müşahidələr göstərir ki, zavodda borular pas atıb. Zavodda istifadə edilən avadanlıqlar duzun gildən ayrılmasını təmin etmir. Bu isə istehsal edilən duzun rənginin qara olmasına səbəb olur. Problemin yaranmasına bir səbəb də havalandırma sisteminin düzgün qurulmamasıdır. Bu vəziyyət həm də işçilər üçün sağlamlıq problemləri yaradır. Bu da zavodun fəaliyyətinin dayandırılması üçün daha bir səbəb kimi dəyərləndirilib.
Bağlanmış müqaviləyə görə, burada istehsal olunan duz sırf ağ duz olmalıdır. Lakin bu da olmadığı üçün zavod il yarımdır fəaliyyətini dayandırıb. Bu isə zavoda külli miqdarda zərər dəyməsinə səbəb olub. Zavod direktoru əməkdaşımızla söhbətində bildirib ki, bir sıra ölkələrdən duz alışı ilə bağlı sifariş gəlsə də, bu sifarişləri reallaşdırmaq mümkün olmayıb. Nəticədə zavoda 5 milyona yaxın zərər dəyib. Qeyd edək ki, baş nazirin keçmiş müavini Emin Uçarın “ortağı” Asəf Məmmədov hazırda “Arkoz İnşaat"da tikinti müdiri vəzifəsində fəaliyyət göstərir. Duz İstehsalı Zavodunun standartlara uyğun tikilib təhvil verilməməsində də əsas səbəbkar Uçarın baş məsləhətçisi keçmiş məmur Asəf Məmmədovdur. Şirkətə problemlər haqda məlumat verilsə də, onlar nöqsanı aradan qaldırmaq üçün əlavə 600 min dollar tələb ediblər.
Naxçıvan Şəhərsalma və Arxitektura İdarəsinin hazırkı rəhbərliyi bütün bunlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib, hazırda araşdırma aparılır.

Səbuhi QAFAROV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu