Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var


Sabiq deputat İlham Əliyevin qardaşı oğlu Səftər Əliyevin direktoru olduğu "Hazarbalıq" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu yaranıb.


Qaynarinfo-nun məlumatına görə, Lənkəran rayonu Nərimanabad qəsəbəsində yerləşən balıq istehsalı ilə məşğul olan şirkətin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 349.789,02 manat vergi borcu var.

Qanuni təmsilçisi Əliyev Səftər Fikrət oğlu olan MMC 6 saylı Ərazi Vergilər Baş İdarəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinə şikayət edib və "İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - vergi məsələləri üzrə" iddia qaldırıb.

Ətraflı
İşə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Samir Həsənovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səftər Əliyevin Fikrət oğlu "Aqua Safe" və "E and S" şirkətlərinin də sahibi olduğu deyilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu