Füzulidə hava limanı tikilən ərazinin minalardan təmizlənməsi üçün yeni texnika alınıb


"Füzuli beynəlxalq hava limanının tikintisi" layihəsinə uyğun olaraq ərazinin minalardan təmizlənməsinin sürətləndirilməsi üçün İngiltərə istehsalı olan, ərazini minalardan zərərsizləşdirən unikal "AARDVARK" modelli mexanizm alınıb və əraziyə gətirilib.



"Report"un Füzuliyə ezam olunmuş əməkdaşı İsmayıl Nəsibli xəbər verir ki, bunu "AZAL"ın vitse-prezidenti Etibar Hüseynov deyib.

Onun sözlərinə görə, hazırda minalaradan təmizlənən ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu