Prezident: "Növbəti dəfə erməni tərəfinin davranışlarının qeyri-səmimiliyində əmin oluruq"


“Əsas çətinlik minalardır. Çünki erməni tərəfi mina sahələrinin xəritəsini bizə təqdim etmədi və bu, yeri gəlmişkən, cinayət olaraq qiymətləndirilə bilər, çünki hərbi əməliyyatlara son qoyulandan sonra bizdə həm hərbçi, həm də mülki şəxslərdən həlak olanlar olub. Buna səbəb mina sahələrin xəritəsinin təqdim olunmaması olub”.

AFN-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

“Növbəti dəfə erməni tərəfinin davranışlarının qeyri-səmimiliyində əmin oluruq. Sözləri ilə əməlləri düz gəlmir. Biz onlara hərbi əsirləri, ölənlərin meyitlərini təhvil verdik. Biz özümüzü əxlaq normaları, insanlıq davranışları çərçivəsində aparırıq. Mina xəritələrinin bizə verilməməsi hərb qulluqçu və dinc sakinləri şüurlu şəkildə ölümə düçar etməkdir. Hansı əməkdaşlıqdan söhbət gedə bilər ki?”, - dövlət başçısı bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu