“Qarabağ öz müqəddəratını həll etmək hüququndan məhrum edildi” – Ayvazyan


“Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun reallaşmasına dəstək vermək əzmimiz qırılmayıb.



AFN xəbər verir ki, bu barədə Ermənistan-Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişininin qüvvəyə minməsinə həsr olunmuş tədbir zamanı bildirib.

“Dağlıq Qarabağ münaqişəsi kontekstində Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq haqqında Müqavilə öz müqəddəratını təyin etmə hüququqa açıq şəkildə istinad edir. Bu da xüsusilə vacibdir, çünki Azərbaycanın başlatdığı müharibənin əsas məqsədi Qarabağı öz hüquqlarını və öz müqəddəratını təyin etmə haqqından məhrum etmək idi. Düşünürük ki, həm Aİ, həm də üzv ölkələr bu mövzuda daha çox şey söyləməlidirlər”, – nazir qeyd edib.

Xatırladaq ki, Qarabağdakı 44 günlük müharibədən sonra istefa verən Ermənistanın sabiq xarici işlər naziri Zohrab Mnatsakanyanı əvəz edən Ara Ayvazyan vəzifəyə gəldiyi gündən etibarən qalmaqallı açıqlamaları ilə yadda qalıb.

Görünən odur, yeni nazirin beynəlxalq hüquq normaları və konvensiyalarından ümumiyyətlə xəbəri yoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu