Naxçıvanın daha bir sabiq naziri həbs edilib


Naxçıvan Muxtar Respublikasının sabiq təhsil naziri Məmməd Qəribov həbs edilib.



Baş Prokurorluğun Mətbuat xidmətindən AFN-ə sorğusuna cavab olaraq bildirilib ki, M.Qəribov prokurorluq əməkdaşları tərəfindən tutulub.

Onun nədə ittiham olunması barədə hələlik açıqlama verilməyib.

Qeyd edək ki, M.Qəribov 2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov da həbs edilib.

M.Qəribovun həbsi ilə bağlı ilk xəbəri unikal.org saytı yayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu