Bakıda rəqqasə pulunu ala bilmədi, polisə şikayət etdi


Bakıda rəqqasə polisə şikayət edərək onu rəqs etməyə dəvət edən iki kişidən pulunu ala bilmədiyini deyib.


Şəhər sakini, 33 yaşlı Sona Heydərova bildirib ki, martın 1-i gecə saat 04 radələrində onu Akademik Həsən Əliyev küçəsində yerləşən çay evlərindən birinə dəvət ediblər.

Orada Yevlax rayon sakinləri – 36 yaşlı Şahlar Musayev və 28 yaşlı Coşqun Məmmədovun istəyi ilə rəqs edib.

S.Heydərova rəqs etdikdən sonra həmin şəxslərin xidmət haqqı olan 750 manat pulu vermədiklərini bildirib.

Müraciətlə bağlı araşdırma aparılır.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu