Gürcüstan parlamentinə yeni sədr seçildi


Kaça Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib.



“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın plenar iclasında onun namizədliyini 86 deputat dəstəkləyib, 6 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, parlamentin keçmiş sədri Arçil Talakvadze aprelin 24-də istefa verib.

K.Kuçava 2016-cı ildən parlamentdə təmsil olunur. O, ötən ilin dekabrından vitse-spiker vəzifəsini tutub. 42 yaşlı siyasətçi bu ilin yanvarından hakim Gürcü Arzusu Partiyasının Siyasi Şurasında təmsil olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu