Açıq havada 100 nəfərlə toylara icazə veriləcək? - AÇIQLAMA


“Açıq havada az sayda insanların iştirakı ilə mövcud qaydalara riayət edilməsi şərtilə toyların keçirilməsinə icazə verilsin”.


AFN xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri açıq havada toy şənliklərinə icazə verilməsi ilə yanaşı, teatrların açılması üçün də Operativ Qərargaha çağırış edib: “COVID-19 pandemiyası ilə mübarizə vacib məsələlərdən biridir. Ölkəmiz bu istiqamətdə önəmli addımlar atdı. Biz də ziyalılar, deputatlar olaraq əlimizdən gələni etdik. Pandemiya ilə bağlı artıq yumşalmalara başlanılır. Bunlar hamısı qaydalara əməl edilməklə həyata keçiriləcək. Bu məqamda teatrlar da qaydalara riayət etməklə açılmalıdır. İnsanlarımız çox xahiş edirlər ki, açıq havada 100 nəfərin iştirakı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin.

Demirik ki, çox insan qatılsın, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar. Çünki 1 ildən çoxdur ki, toylara icazə verilmir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu