"Xətai Park"da intihar - Özünü 14-cü mərtəbədən atdı


Bakının “Xətai Park” yaşayış kompleksində intihar hadisəsi baş verib.


Hadisə iyulun 2-si gecə saat 02 radələrində qeydə alınıb.

Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksindəki 18 mərtəbəli binanın 14-cü mərtəbəsinin eyvanından bir nəfər özünü atıb.

Onun Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Bağırov Azər İsrafil oğlu olduğu müəyyən edilib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu