Niyə hansısa şirkətin yaratdığı sistemə alternativ pulsuz mexanizm tətbiq edilmir?


3 illik ASAN imzanın vaxtı bitib. Mobil operatora zəng vurdum, məlum oldu ki, məsələni online şəkildə həll etmək olur. Balansının 20,5 manat (aylıq abunə haqqı 2,5 AZN + yenidən qoşulma haqqı 18 AZN) olması kifayədir ki, müqaviləni 3 il müddətinə uzatsınlar.


AFN xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib. O qeyd edib ki, Vergilər Xidmətinə (195-1) də zəng edib: "Soruşuram ki, özəl şirkət məsələni online şəkildə həll edir, sizin elektron hökumət platformanıza öz töhfəsini verir, bəs siz hansı nümunəni göstərirsiniz? Məlum olur ki, bunun üçün bütün kağız sənədləri (ŞV, VÖEN vəsiqə, köhnə müqavilə və s.) yığıb yenidən ASAN xidmətə getməliyik. Axı niyə? Dövlət qurumu niyə nümunə göstərə bilmir? Şəxsiyyət vəsiqəm e-gov da (DİN) var. VÖEN vəsiqəm həmçinin (vergilərin sistemində). Qalır ASAN imza. Onu da mobil operator ümumi şəbəkəyə göndərir. Bəs onda bunun üçün ASAN-da növbə tutub, vaxt sərf etməyə nə lüzum var?"
Ekspert bildirib ki, ASAN imza xidməti ümumiyyətlə ləğv edilməlidir: "Bunun bir adı var: sahibkarı soymaq. Ola bilsin iri şirkətlər üçün bu vəsait xırdadır. Amma kiçik sahibkarlar üçün az pul deyil. Niyə hansısa şirkətin (deyəsən, "Eston" şirkətidir) yaratdığı sistemə alternativ pulsuz mexanizm tətbiq edilmir?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu