Qəbələdəki yanğına görə 2 helikopter qaldırıldı - YENİLƏNİB


Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.


Yanğının söndürülməsi məqsədilə əlavə olaraq Nazirliyin Mülki müdafiə qoşunlarının 34 nəfər şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

***

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.


Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu