“YAŞAT”dan şəhid övladları üçün xüsusi layihə - FOTO


“YAŞAT” Fondu şəhidlərimizin orta məktəbdə təhsil alan övladları üçün xüsusi layihəyə start verib.


AFN-in xəbərinə görə, layihə çərçivəsində yeni tədris ilinin başlanması ilə əlaqədar Fond tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 900-ə yaxın hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılacaq. 870 məktəblinin 494- ü oğlan, 376-sı isə qızdır.

“YAŞAT” Fondu yeni tədris ilində bütün məktəblilərə uğurlar arzulayır.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu