10 yaşlı Nərminin qan qrupunun IV olduğu təsdiqləndi - meyitin boyu da mərhumun boyu ilə uyğun gəlmir - FOTO


Tovuz rayonu Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı yeni fakt yayılıb.


AFN xəbər verir ki, bir neçə gün əvvəl mediada N.Quliyevanın və yandırılaraq dəfn olunan meyitin qan qruplarının uyğun gəlməməsi ilə bağlı məlumat dərc edilib. Həmin vaxt Baş Prokurorluq açıqlama verərək bu məlumatın əsassız olduğunu bildirib. Araşdırmaçı jurnalist Arifə Əliyeva isə bu gün N.Quliyevanın qan qrupu ilə bağlı Tovuz rayon mərkəzi xəstəxanasına verilən sorğunun cavabını yayıb. Cavabdan aydın olur ki, 10 yaşlı N.Quliyevanın qan qrupu IV-dür. Dəfn edilən meyitin qan qrupu isə II göstərilib. "Bu barədə cinayət işində bir neçə yerdə qeyd var" deyə jurnalist bildirib.
A.Əliyeva həmçinin qeyd edib ki, meyitin boyunun ölçüsü ilə N.Quliyevanın boyunun ölçüsü uyğun gəlmir. "Ekspertiza zamanı yandırılaraq dəfn edilən meyitin boy ölçüsü autocad proqramı ilə 1.42, 1.44, 1.47 çıxarılıb. Yəni təxmini bu ölçüdə olub həmin yanmış meyitin ölçüsü. Bu, yanandan sonrakı vəziyyətdir və ekspertlərə görə, haradasa 1.70 boyu olan bir insana məxsusdur. Ekspert isə Nərminin boyunu təxminən 1.20 götürüb. Ailəsinin ifadələrinə görə, mərhumun boyu 1.30-dan artıq olmayıb. Anası da ifadələrində deyib ki, mənim boyum 1.60-dır, qızımın boyu təxminən bir az aşağı idi. Onun göstərdiyi ölçü ilə uşağın boyu təxminən 1 metr civarındadır. Yəni bütün ifadələr, rəylər göstərir ki, N.Quliyevaya məxsus olduğu deyilən yandırılmış meyitin boy ölçüsü uşağın boy ölçüsü ilə uyğun deyil. Bütün bunlar müəmmadır, ciddi məsələdir. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız bu məsələləri diqqətdən kənar qoymayacaq".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu