DİM III ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlərə müraciət edib


Dövlət İmtahan Mərkəzi 2022-ci ildə ali təhsil müəssisələrinə III ixtisas qrupunda ədəbiyyat fənnindən imtahan verəcək abituriyentlərə müraciət edib.


Mərkəzdən verilən məlumata görə, ədəbiyyat fənnindən qəbul proqramına daxil edilmiş C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, İ.Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərlərinin dərslikdə verilməyən, lakin oxunması tövsiyə olunan hissələri ilə aşağıdakı keçidlərdən tanış ola bilərlər.

1. C.Məmmədquluzadə “Anamın kitabı”

2. C.Cabbarlı “Oqtay Eloğlu”

3. İ.Əfəndiyev “Xurşudbanu Natəvan”

2022-ci ilin qəbul imtahanlarında həmin hissələr üzrə tapşırıqlardan da istifadə edilməsi nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu