”Eko-Radar” bölməsinə daxil olan şikayət araşdırılıb


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində ağacın dibinə daş döşənməsi ilə bağlı şikayət daxil olub.


Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, şikayətlə əlaqədar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, ağacın dibi əməkdaşlarımızın nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən daş döşəmədən təmizlənib və ona aqrotexniki xidmət göstərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu