Şuşa və Ağdamla bağlı səfər məhdudiyyəti ləğv olundu


"İşğaldan azad edilmiş ərazilərə hər kəs istədiyi qədər səfər edə bilər. Artıq hər istiqamət üzrə ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb".


Bu barədə AFN.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.


Bildirilib ki, qərar vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq verilib. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

Qeyd edək ki, ilkin mərhələdə vətəndaşlara hər istiqamət üzrə ildə bir dəfə səfər etmək məhdudiyyəti qoyulmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu