“Azəriqaz”: "Yanvar ayında abonentlərin 97 %-i limit həcmini keçməyib"


Ötən ay “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin 97 %-i 1 200 kubmetrlik limit həcmini keçməyiblər.


Bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev qurumda media və QHT nümayənləri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, ötən ay qaz istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayı 50 628 abonent olub ki, bu da “Azəriqaz”ın ümumi abonentlərin sayının 2,1 %-ini təşkil edib.

R. Əliyev qeyd edib ki, ötən ay ümumilikdə 14 765 ədəd sayğac dəyişdirilib.

O həmçinin qeyd edib ki, ötən ay ölkə üzrə 32 kənddə qazpaylayıcı xətlərinin çəkilməsinə başlanılıb.

Çəkilən qaz xətlərinin ümumi uzunluğu 13 700 kilometr təşkil edib ki, bunun da 1 000 kilometri Bakı şəhərində həyata keçirilib. Digər 12 700 kilometr qaz xətləri regionlarda çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu