Polisə silahla müqavimət göstərən şəxs öldürülüb


Dünən Səbail rayonu ərazisində qeyri-rəsmi münasibətdə olduğu qadını bıçaqladığına görə qadından 102 Zəng Mərkəzinə daxil olan çağırışa gələn polis əməkdaşlarına da bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçan şəxsin gizləndiyi yer müəyyən edilib.


AFN.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, saxlanılması üçün keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Aydın Babayev polis əməkdaşlarına silahlı müqavimət göstərib. Buna görə də polis əməkdaşları tərəfindən silah tətbiq edilib və Aydın Babayev öldürülüb.
Hadisə yerindən ona məxsus bir ədəd tapança aşkar edilərək götürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu