İtkin düşdüyü deyilən Vətən müharibəsi iştirakçısı həbs olunub


Salyanda itkin düşdüyü bildirilən Vətən müharibəsi iştirakçısı həbs edilib.


AFN.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, Vətən müharibəsi iştirakçısı Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir:

“Kamran Dadaşzadə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri ərazisində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanıb”.

N. Həmidovun sözlərinə görə, onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə K.Dadaşzadə 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə Kamran Dadaşzadənin itkin düşdüyü bağlı məlumatlar yayılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu