Ekologiya və təbii sərvətlər naziri Kürdəmirdə vətəndaşları qəbul edib


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 15 aprel 2022-ci il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AFN.az-a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu