APEPEA rəhbərliyi Sahibkarlığın İnkişafı Fondunun sədri ilə görüşüb


Bir müddət öncə Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası(APEPEA) İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xalıyevə müraciət edərək, quş əti istehsalçılarının yem tədarükünə güzəştli kredit dəstəyinin verilməsini xahiş etmişdi.


İctimaiyyətlə əlaqələr və analitika departamentindən AFN.az-a verilən məlumata görə, aprelin 29-da Fondun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xalıyevlə APEPEA rəhbərliyi və üzvləri arasında görüş keçirilib. Görüşdə quş əti və istehsalçıları qarşıdan yem bitkilərinin nisbətən ucuz olduğu yığım mövsümünün gəldiyini, onların bu fürsətdən istifadə edərək 6 aylıq yem ehtiyatı yaratmaq istəklərini Fond rəhbərinin diqqətinə çatdırıblar.
APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənlinin verdiyi məlumata görə, istehsalçılar 6 aylıq yem ehtiyatının 2 ayının qarşılanması üçün Fondun güzəştli kredit ayırmasını təklif ediblər: “Bütün istehsal müəssisələrinin ümumilikdə 40 milyon manata yaxın vəsaitə ehtiyacı var. Biz bu məbləği bir il ərzində geri qaytara bilərik. Osman müəllim Nazirlər Kabinetinin aprelin əvvəlində imzaladığı 109 saylı qərarında minimum


istehlak səbətinə daxil olan ərzaq məhsullarının ehtiyatının yaradılmasında iştirak edən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin götürdükləri kreditlərin faizlərinin 10 faizinin dövlət tərəfindən qarşılanacağını bildirdi. Quş əti və yumurta istehsalı fabriklərinin əksəriyyəti iri sahibkarlıq subyektləri olduqları üçün bu qərarın onlara şamil olunması mümkün deyil. Osman müəllim qeyd etdi ki, bu gün(aprelin 29-da) Fondun Müşahidə Şurasının iclası keçiriləcək və orada bu məsələni müzakirəyə təqdim edəcək. Təəssüratımız belədir ki, dövlətimiz bizə gözlədiyimiz dəstəyi verəcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu