Ruslan Quliyev İLESAM tərəfindən medalla təltif olunub


Azərbaycan Saglamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri, Millennium Tourism & Congress DMC-nin rəhbəri Ruslan Quliyev Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən Milli Birlik və Bərabərlik medalı ilə təltif olunub.


Bu barədə AFN.az-a Azərbaycan Saglamlıq və Termal Turizmə Dəstək İctimai Birliyindən məlumat verilib.
Qeyd edək ki, 1986-cı ildən fəaliyyət göstərən İLESAM bu günə qədər Türkiyədə bir çox tanınmış şəxsləri təltif edib. Bunların arasında Türkiyənin mədəniyyət və turizm naziri Nüman Kurtulmuş, Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, TÜRKSOY-un baş katibi Düsen Kaseinov və bir çox tanınmış isimlər var. Azərbaycandan bu medala xalq şairi Bəxtiyar Vahabzadə və İLESAM Azərbaycanın təmsilçisi Xəyal Rza layiq görülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu