Sabahın hava proqnozu açıqlanıb


İyulun 13-nə gözlənilən hava şəraiti açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında yağmursuz, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 25-30° isti olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu