Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1000-i ötüb


Azərbaycanda hazırda 1096 aktiv koronavirus xəstəsi var.


Bu barədə AFN.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada aktiv koronavirus xəstələrinin sayı 195 nəfər artıb. Belə ki, iyulun 18-də belə xəstələrin sayı 901 nəfər idi.

Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirus infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və 4 nəfər ölüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu