Qubada meşə massivində yanğın başlayıb


"Bu gün Quba rayonunun Gədik kəndi və Qoşabulaq ərazisinin meşə massivində yanğın başlayıb".


AFN.az xəbər verir ki, bunu "Report"a fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib.

O bildirib ki, hazırda həmin ərazilərə Fövqəladə Hallar Nazirliyinin 3 avtomobili və 1 helikopteri cəlb edilib:

"Yanğının söndürülməsi işləri davam etdirilir".

E.Mirzəyev qeyd edib ki, Quba rayonunun digər ərazilərində yanğın söndürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu