Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub


Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Adəm Quliyevə hökm oxunub və 9 il müddətinə azadlıqdan məhrum edilib.



AFN xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Xatırladaq ki, hadisə bu ilin aprelində Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Adəm Quliyev şəxsi münasibətlər zəminində yaranan mübahisə zaman tanışı, 1975-ci il təvəllüdlü Natiq Nəcəfova bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu