Bakı metrosu qatarlararası intervalın çox olması iddialarına cavab verib


"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov" və "28 May" stansiyaları arasında qatarlar 2 dəqiqə, "28 May" və "İçərişəhər", eləcə də "28 May" və "Dərnəgül" stansiyaları arasında isə 4 dəqiqə intervalla hərəkət edir.

AFN report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov qatarlararası intervalın çox olması iddialarına cavab verərkən bildirib.

"Ləngimə yalnız sərnişinlər qapını tutub saxladıqda ola bilər", - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu