Qazaxıstanda şaxtada partlayış olub, ölənlər var


Qazaxıstanın Karağandı vilayətində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində 4 şaxtaçı qaz partlayışı nəticəsində həlak olub, daha 4 nəfər xəstəxanaya yerləşdirilib.



AFN xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mövcud ilkin məlumata görə, noyabrın 3-də, təxminən, səhər saat 3 radələrində Şaxtinsk şəhərində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində qaz-drenaj quyularında qazma işləri aparılarkən qəfil qaz partlayışı baş verib. Olay 4 işçinin ölümünə səbəb olub, digər işçinin axtarışları davam edir. Daha 4 işçi xəstəxanaya yerləşdirilib”, - məlumatda deyilib.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, mədəndə çalışan 106 işçi təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu