Mədəniyyət Nazirliyi aktyorun ittihamlarına cavab verib


Mədəniyyət Nazirliyi aktyor Hikmət Rəhimovun iddialarına cavab verib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Bakı Beynəlxalq Qısa Film Festivalı Gənc Kinematoqrafçılar İctimai Birliyi tərəfindən keçirilir.

"Festivalın proqramının tərtib olunmasının və digər təşkilati işlərin Nazirliyə heç bir aidiyyəti yoxdur", - nazirlikdən qeyd olunub.

Qeyd edək ki, aktyor noyabr ayının 11-də Nizami kino mərkəzində "Baku International Short Film Festivalı"nın açılışında ssenari müəllifi və rejissoru olduğu "Çılpaq"filmin əvvəlcə nümayişi planlaşdırılsa da, sonradan ləğv edilməsinə etiraz edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu