DTX Naxçıvan gömrüyündə yeni əməliyyat keçirib? - YENİLƏNİB


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İranla sərhəddəki gömrük idarələrindən birində əməliyyat keçirməsinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.



Oxu.Az-ın əldə etdiyi məlumata görə, DTX-nin bu gün İranla sərhəddə yerləşən gömrük idarələrinin birində əməliyyat keçirməsinə və idarənin rəisi, həmçinin digər əməkdaşlarının saxlanıb istintaqa cəlb edilməsi ilə bağlı məlumatlar doğru deyil.

***16.15

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Gömrük İdarəsində keçirdiyi əməliyyat davam edir.

AFN-in məlumatına görə, bununla bağlı axar.az məlumat yayıb.

Onun sözlərinə görə, İranla sərhəddəki gömrük idarələrindən birinin rəisi və əməkdaşları saxlanılıb və istintaqa cəlb ediliblər.

Qeyd edək ki, DTX-nin Naxçıvan Gömrük Komitəsində apardığı əməliyyat zamanı ilk olaraq 132 milyon manatlıq korrupsiya faktı ortaya çıxmışdı. Bundan sonra Prezidentin sərəncamı ilə Naxçıvan Gömrük Komitəsi ləğv edildi və onun bazasında DGK-nın Naxçıvan Baş İdarəsi yaradıldı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu