Lənkəranda yaşayış binasında yanğın olub


Bu gün səhər Lənkəranda 2 mərtəbəli kommunal binada yanğın olub


AFN.az FHN-in saytına istinadən xəbərinə görə, yanğın hadisəsi Zümrüd Mahmudağa qızı Salayevaya məxsus mənzildə baş verib. Girdəni kəndində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin 1 otağında 2 m² sahədə döşəmə, 1 ədəd yataq dəsti və 1 ədəd televizor yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə yerinə FHN Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Görülən təxirəsalınmaz tədbirləri nəticəsində qısa müddətdə yanğının qarşısı alınıb. Binada yaşayan digər sakinlərin təxliyəsinə ehtiyac qalmayıb.

Qeyd edək ki, bina iki mərtəbəli, 8 mənzillidir. Yanğın baş verən zaman evdə heç kim olmayıb.

Hazırda yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu