Xəzərdə çəlləklərə bərkidilmiş kisədə narkotik aşkarlandı


Yanvarın 4-də saat 20:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin bölmələrinin xidməti-döyüş fəaliyyəti çərçivəsində Xəzər dənizinin cənub istiqamətində dəniz sərhədlərinin mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı plastik çəlləklərə bərkidilmiş bir ədəd şübhəli kisə aşkarlanıb.


Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Aşkar edilən kisəyə baxış zamanı 2 kiloqram 70 qram narkotik vasitə (1 kiloqram 990 qram marixuana və 80 qram həşiş) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu